Culian Uord “Liverpul” futbol klubunun yeni idman direktoru təyin olunub.
İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı ingilis mütəxəssis artıq yeni vəzifəsində fəaliyyətə başlayıb.
O, bundan əvvəl “Fenway Sports Group”da texniki direktor vəzifəsində çalışıb.
Uord “Liverpul”a 2012-ci ildə qoşulub və bundan sonra klubda bir sıra rəhbər vəzifələr tutub. O, idman direktorunun köməkçisi, daha sonra isə idman direktoru kimi fəaliyyət göstərib. Mütəxəssis 2023-cü ildə Mersisayd təmsilçisindəki sonuncu vəzifəsindən ayrılıb.
