DÇ-2026: Finalın keçiriləcəyi məkan açıqlanıb

Xəbərlər
5 Fevral 2024 10:14
165
DÇ-2026: Finalın keçiriləcəyi məkan açıqlanıb

DÇ-2026-nın final oyununun ABŞ-ın Nyu-Cersi ştatındakı “Metlife Stadium”da keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Bildirilib ki, həlledici görüş iyulun 19-da “Metlife Stadium”da baş tutacaq. Bu stadion 82,500 tamaşaçı tutumuna malikdir. Üçüncü yer uğrunda qarşılaşma isə Mayamidə “Hard Rock Stadium”da oynanılacaq (64,767 tamaşaçı).

2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələrin hər biri dörd komandadan ibarət 12 qrupa bölünəcək. Birinci yeri tutan iki komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda növbəti mərhələyə yüksələcək. Qrup mərhələsindən sonra 1/16 final baş tutacaq. Turnir ümumilikdə 104 görüşdən ibarət olacaq. Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi, mundial 64 görüşdən ibarət idi.

Qeyd edək ki, dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Mundialın açılış oyunu iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: