Ən gənc bombardirlər – FOTO

Xəbərlər
3 Fevral 2024 12:59
150
Ən gənc bombardirlər – FOTO

Top-5 liqalarda 2023/24 mövsümündə ən çox qol vuran yaşı 19-dək olan futbolçuların adları açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıya "Alaves"in futbolçusu Samu Omopodio başçılıq edir.

İspaniyalı forvard bu mövsüm La Liqada rəqib qapılarından 7 top keçirib. Onun ən yaxın izləyicisi "Brayton"dan 6 qolla Evan Ferqusondur. "Jirona"nın hücumçusu Savio isə 5 qolla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Alaves" 22 turdan sonra 26 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: