“Liverpul”un hücumçusu uğrunda İtaliyada üç klub mübarizəyə qoşuldu

16 Oktyabr 2026 23:49
90
“Liverpul”un hücumçusu uğrunda İtaliyada üç klub mübarizəyə qoşuldu

“Liverpul”un futbolçusu Federiko Kyeza qış transfer pəncərəsində İngiltərə klubundan ayrılaraq İtaliya çempionatına qayıda bilər.

İdman.Biz “Caught Offside”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində A Seriyasının üç təmsilçisi - “İnter”, “Latsio” və “Atalanta” maraqlıdır.

Məlumata görə, Milan klubu Luis Enrikenin komandadan ayrılacağı təqdirdə Kyezanı transfer etməyə cəhd göstərə bilər.

“Latsio” üçün isə əsas maneə italiyalı vingerin yüksək maaşıdır. Futbolçunun illik qazancı altı milyon avrodan (12 milyon manat) çoxdur.

“Atalanta” da Kyezanın vəziyyətini diqqətlə izləyir və onun transferi imkanını nəzərdən keçirir.

Qeyd edək ki, italiyalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında cəmi bir oyunda iştirak edib. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı Kyezanın bazar dəyərini 10 milyon avro (20 milyon manat) qiymətləndirir.

İdman.Biz