“Ayntraxt” Bundesliqada “Köln”ü tək qolla məğlub etdi

17 Oktyabr 2026 00:35
92
“Ayntraxt” Bundesliqada “Köln”ü tək qolla məğlub etdi

Almaniya futbol Bundesliqasının altıncı turunda “Ayntraxt” doğma meydanda “Köln”ü 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Frankfurt Arena”da keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.

Meydan sahiblərinə qələbə qazandıran yeganə qolu 77-ci dəqiqədə Yunus Ebnutalib vurub.

Bu nəticədən sonra “Ayntraxt” səkkiz xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Yeddi xalı olan “Köln” isə 11-ci yerdədir.

Növbəti turda “Ayntraxt” oktyabrın 24-də səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. “Köln” isə həmin gün öz meydanında “Şalke-04”ü qəbul edəcək.

İdman.Biz