“Milan” gənc futbolçusu Alfaco Sisseyə yeni və daha sərfəli müqavilə təklif etməyə hazırlaşır.
İdman.Biz “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı oyunçunun uğurlu çıxışı, xüsusilə Avropa Liqasında “RB Zalsburq” üzərində 4:0 hesablı qələbə qazandıqları görüşdə het-trik etməsi klub rəhbərliyini hərəkətə keçirib.
“Milan” futbolçunun nümayəndələri ilə rəsmi danışıqlara gələn həftənin sonunadək başlamağı planlaşdırır. Klub yeni müqaviləni 2026-cı ilin sonuna qədər rəsmiləşdirmək niyyətindədir.
Sisse 2026-cı ilin yanvar transfer pəncərəsinin sonunda “Verona”dan transfer edilib, lakin 2025/2026 mövsümünün qalan hissəsini icarə əsasında “Katanzaro”da keçirib. O, B Seriyasında 22 oyuna altı qol vurub.
“Milan”ın əsas komandasına qoşulduqdan sonra da uğurlu çıxışını davam etdirən futbolçu ilk yeddi matçında beş dəfə fərqlənib.
Son olaraq “RB Zalsburq”la görüşdə üç qol vuran Sisse matçın ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda, Avropanın əsas klub turnirlərində het-trik edən ən gənc italiyalı futbolçu olub.
Qeyd edək ki, Sissenin “Milan”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. İllik 800 min avro (təxminən 1,6 milyon manat) qazanan futbolçunun yeni sazişlə maaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
