Burak Yılmaz “Çorum”da qələbə seriyasını davam etdirir

16 Oktyabr 2026 23:08
111
Burak Yılmaz “Çorum”da qələbə seriyasını davam etdirir

Türkiyə Super Liqasının səkkizinci turunda “Çorum” doğma meydanda “Çaykur Rizespor”u 2:1 hesabı ilə məğlub edib. Komandanın yeni baş məşqçisi Burak Yılmaz ardıcıl ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Çorum Şəhər Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar. 32-ci dəqiqədə Laçi fərqlənib.

Lakin meydan sahibləri altı dəqiqə sonra tarazlığı bərpa ediblər. 38-ci dəqiqədə Cengiz Ünder hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.

Görüşün taleyini 80-ci dəqiqədə Yussufa Mukokonun vurduğu qol həll edib.

Yeddinci turda Uğur Uçarın yerinə baş məşqçi təyin olunan Burak Yılmaz yeni komandasında keçirdiyi hər iki oyundan qalib ayrılıb.

Bu nəticədən sonra “Çorum” səkkiz matçda dördüncü qələbəsini qazanaraq 13 xalla altıncı pillədə qərarlaşıb. “Çaykur Rizespor” isə 10 xalla onuncu sırada qalıb.

İdman.Biz