Türkiyənin tanınmış futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

16 Oktyabr 2026 18:19
114
Türkiyənin tanınmış futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarının koordinatoru Samet Aybaba Azərbaycana səfər edəcək.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış mütəxəssisin Bakıya gəlişi FIFA-nın U-15 dünya çempionatı və festivalı ilə bağlıdır.

Aybaba səfəri barədə danışarkən paytaxtımızda iki gün qalacağını açıqlayıb.

Qeyd edək ki, Samet Aybaba məşqçilik karyerası ərzində Türkiyənin “Beşiktaş” və “Trabzonspor” kimi tanınmış klublarında çalışıb.

FIFA-nın U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.

İdman.Biz