Maykl Olise “Nike”ın əfsanəvi butslarının geri qayıtmasına səbəb olub - FOTO

16 Oktyabr 2026 18:02
96
Maykl Olise “Nike”ın əfsanəvi butslarının geri qayıtmasına səbəb olub - FOTO

Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Maykl Olise uzun müddətdir istifadə etdiyi butslarla “Nike” şirkətinin diqqətini cəlb edib.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu son bir neçə mövsümdə buts istehsalçıları ilə sponsorluq müqaviləsi bağlamaqdan imtina edərək meydanda öz seçdiyi modellərdən istifadə edir.

Olisenin üstünlük verdiyi model “Nike Hypervenom Phantom III”dür. Şirkət bu butsların istehsalını 2018-ci ildə dayandırıb. Buna baxmayaraq, futbolçu köhnə modeldən istifadəni davam etdirir.

Məlumata görə, “Nike” 2027-ci ilə qədər “Phantom” seriyasının istehsalını tam dayandırmağı və onun əvəzinə “Hypervenom” xəttini yenilənmiş formada bazara qaytarmağı planlaşdırır.

Olisenin illərdir həmin modelə sadiq qalması şirkət rəhbərliyində “Hypervenom” butslarına marağın hələ də yüksək olduğu qənaətini gücləndirib.

Beləliklə, “Bavariya”nın futbolçusu vaxtilə braziliyalı ulduz Neymarla tanınan “Hypervenom” seriyasının yeni simasına çevrilə bilər.

İdman.Biz