“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola yayda vəzifəsindən ayrılsa da, İngiltərə klubu ilə əlaqələrini qoruyub saxlayır.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis cari mövsümdə “şəhərlilər”in bütün oyunlarını izləyir və komanda haqqında danışarkən hələ də “biz” ifadəsindən istifadə edir.
Qvardiola Çempionlar Liqasında PSJ ilə keçirilən qarşılaşmanı da izləmək üçün çərşənbə günü “Etihad” stadionuna gəlib. Bu, “Mançester Siti”nin maliyyə qaydalarının 114 maddəsini pozmaqda təqsirli bilinməsindən sonra doğma meydanda keçirdiyi ilk oyun olub.
Məlumata görə, 55 yaşlı mütəxəssis hazırda “City Football Group”da futbol səfiri kimi fəaliyyətini davam etdirir.
Bununla belə, Qvardiola yaxın müddətdə məşqçiliyə qayıtmağı planlaşdırmır. O, futboldan kənarda fasilə götürmək niyyətində olsa da, qarşılaşmaları izləməkdən vaz keçmir.
