İngiltərəli hücumçu Billi Şarp 40 yaşında peşəkar futbolçu karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, 22 illik karyerası ərzində 299 qol vuran Şarp İngiltərə Çempionşipinin tarixində 130 qolla ən yaxşı bombardirdir. O, “Şeffild Yunayted”də üç fərqli dönəmdə çıxış edib, həmçinin “Sauthempton”, “Lids Yunayted” və “Donkaster Rovers” kimi klubların formasını geyinib.
Qeyd edək ki, hücumçu son oyununda “Donkaster Rovers”in heyətində “Peterboro”ya qarşı het-trik edib.
