Hakimi ilə bağlı qalmaqallı iddia: Süni intellekt şübhəsi yarandı

8 Oktyabr 2026 23:07
89
Hakimi ilə bağlı qalmaqallı iddia: Süni intellekt şübhəsi yarandı

PSJ-nin və Mərakeş millisinin futbolçusu Aşraf Hakiminin adı sosial şəbəkələrdə yayılan yeni qalmaqallı iddiada hallanır.

İdman.Biz xəbər verir ki, qadınlar arasında NBA (WNBA) basketbolçusu Kaysre Qondrezikin futbolçudan hamilə qaldığını bildirdiyi iddia olunan video yayılıb.

Basketbolçunun sosial şəbəkə hesabında paylaşıldığı bildirilən görüntülərdə onun 2026-cı il dünya çempionatı zamanı Hakimidən hamilə qaldığını söylədiyi irəli sürülür. Videoda idmançının özünü “istifadə edilmiş və xəyanətə uğramış” hiss etdiyini dediyi iddia olunur.

Lakin qısa müddət sonra görüntülərin hesabdan silindiyi bildirilir. Sosial şəbəkə istifadəçilərinin bir qismi videonun həqiqiliyinə şübhə ilə yanaşaraq görüntü və səsin süni intellekt vasitəsilə hazırlanmış dipfeyk ola biləcəyini ehtimal edib.

Hazırda videonun həqiqiliyi və orada səsləndirilən iddialar təsdiqlənməyib. Nə Hakimi, nə də Qondrezik məsələ ilə bağlı rəsmi açıqlama verib.

Xatırladaq ki, Hakimi daha əvvəl də hüquqi mübahisənin mərkəzində olub. 2023-cü ildə Fransada futbolçuya qarşı zorlama ittihamı irəli sürülüb. Mərakeşli müdafiəçi isə ittihamları qəti şəkildə rədd edib.

İdman.Biz