Mourinyo Rodriqo ilə bağlı qərarını verdi - “Real”ın qış planı bəlli oldu

8 Oktyabr 2026 20:15
82
Mourinyo Rodriqo ilə bağlı qərarını verdi - “Real”ın qış planı bəlli oldu

“Real Madrid” futbol klubu braziliyalı hücumçusu Rodriqonu qış transfer pəncərəsində komandadan buraxmaq niyyətində deyil.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, zədədən sonra bərpa prosesinin son mərhələsində olan futbolçu yaxın vaxtlarda yenidən sıraya qayıdacaq.

“Real” rəhbərliyi yanvar ayında Rodriqo üçün daxil olacaq transfer təkliflərini nəzərdən keçirməmək qərarına gəlib. Komandanın baş məşqçisi Joze Mourinyo cari mövsümün ikinci yarısında braziliyalı vingerin xidmətindən yararlanmağı planlaşdırır.

Qeyd edək ki, daha əvvəl Rodriqonun Madrid klubundan ayrıla biləcəyi barədə xəbərlər yayılmışdı. Buna hücum xəttindəki yüksək rəqabət və İngiltərə Premyer Liqası təmsilçilərinin futbolçuya marağı səbəb kimi göstərilirdi.

İdman.Biz