Dembelenin “Qızıl top”la bağlı mövqeyi: “Heç vaxt özümə xəyanət etmirəm”

2 Oktyabr 2026 01:44
63
Dembelenin “Qızıl top”la bağlı mövqeyi: “Heç vaxt özümə xəyanət etmirəm”

PSJ və Fransa millisinin hücumçusu Usman Dembele “Qızıl top”u qazanmaq şansları barədə danışıb.

İdman.Biz “L'Équipe”yə istinadən xəbər verir ki, futbolçu “France Football” jurnalının münsiflərini ona səs verməyə inandırmaq üçün hər hansı arqument irəli sürmək istəmədiyini bildirib.

“France Football” münsiflər heyətini “Qızıl top” nominasiyasında mənə səs verməyə inandırmaq üçün hansı arqumentlər gətirə bilərəm? Ah, məndə heç biri yoxdur. Xeyr, yoxdur, mən heç vaxt bunu etməmişəm. Xeyr, mən heç vaxt özümə xəyanət etmirəm. Qərarı onlar verirlər, amma mən özümə xəyanət etmirəm”, – deyə Dembele vurğulayıb.

Ötən il bu mükafatı Usman Dembele qazanıb.

“Qızıl top” uğrunda mübarizədə ümumilikdə 30 futbolçu namizəddir. Qalib oktyabrın 26-da Londonda keçiriləcək xüsusi mərasimdə açıqlanacaq.

İdman.Biz