Kamavinga DÇ-2026-nı buraxmasından danışdı: “Belə bir məyusluq karyeramda yenidir”

2 Oktyabr 2026 02:13
70
Kamavinga DÇ-2026-nı buraxmasından danışdı: “Belə bir məyusluq karyeramda yenidir”

“Real”ın və Fransa millisinin futbolçusu Eduardo Kamavinga 2026-cı il dünya çempionatında iştirak edə bilməməsi barədə danışıb.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, futbolçu hazırda əsas məqsədinin sabit oyun nümayiş etdirmək, meydanda konsentrasiyanı artırmaq və səhvlərin sayını azaltmaq olduğunu bildirib.

“Qısaca deyəcəm, məsələ sabitlikdədir. Keçmişdə yaxşı nəticələr göstərmişəm, gələcəkdə də göstərəcəyəm. Söhbət sabitlikdən, meydanda konsentrasiyadan, səhvlərin sayını azaltmaqdan gedir. Sabitlik sayəsində daha çox matçda oynayacağam.

Düşünürəm ki, dünya çempionatında iştirak etməməyim mənə mütləq təsir etdi. Hər bir futbolçu belə bir yarışda oynamaq istəyir. Belə bir məyusluq karyeramda yenidir və özünə gəlməyi bacarmaq lazımdır. Dediyim kimi, bu, normal hissdir. Karyeramın əvvəlindən hər şey sürətlə baş verirdi. Deyildiyi kimi, Roma bir günə tikilməyib və mənim hələ vaxtım var”, – deyə Kamavinga vurğulayıb.

İdman.Biz