Portuqaliya azarkeşlərindən Ronalduya dəstək: Danimarka ilə matça bannerlərlə gəldilər

2 Oktyabr 2026 01:58
68
Portuqaliya azarkeşlərindən Ronalduya dəstək: Danimarka ilə matça bannerlərlə gəldilər

Portuqaliya millisinin azarkeşləri UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Danimarka ilə oyuna Kriştianu Ronalduya dəstək bannerləri ilə gəliblər.

İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu sentyabrın 30-da milli komandanın düşərgəsini tərk etdiyi üçün Danimarka ilə görüşdə iştirak etməyib. Qarşılaşma Portuqaliyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ronaldu sentyabrın 27-də Norveçlə Millətlər Liqasının oyununda (2:1) son 18 ildə ilk dəfə milli komandanın rəsmi matçını ehtiyat oyunçular skamyasında keçirib. Bildirilirdi ki, baş məşqçi Jorje Jezuş onu oyuna buraxmağı planlaşdırsa da, sonda bu qərarından vaz keçib.

Həmin görüşdən sonra Ronaldo komanda ilə birlikdə deyil, bir neçə gün fərdi məşq edib.

İdman.Biz