“Barselona” 19 yaşlı braziliyalı müdafiəçini izləyir

21 Sentyabr 2026 22:10
28
“Barselona” 19 yaşlı braziliyalı müdafiəçini izləyir

“Barselona” futbol klubunun rəhbərliyi komandanın müdafiə xəttini gücləndirmək üçün yeni variantları nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, kataloniyalılar “Atletiko Paranaense”nin 19 yaşlı müdafiəçisi Artur Diasla maraqlanırlar. “Barselona”nın nümayəndələri gənc futbolçunun oyununu izləmək üçün Braziliyaya yollanıblar.

Daha əvvəl bildirilmişdi ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik heyəti solayaqlı mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir. Dias bu profilə uyğun gəlir. Braziliyalı futbolçu zərurət yarandıqda müdafiənin sol cinahında da çıxış edə bilir.

“Transfermarkt”ın məlumatına görə, Artur Diasın bazar dəyəri 3 milyon avrodur (6 milyon manat).

19 yaşlı müdafiəçinin “Atletiko Paranaense” ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.

İdman.Biz