Mourinyonun sözlərinə “Atletiko”dan qeyri-adi cavab

21 Sentyabr 2026 21:56
31
Mourinyonun sözlərinə “Atletiko”dan qeyri-adi cavab

“Atletiko” Madrid derbisindən sonra “Real”ın baş məşqçisi Joze Mourinyonun hakimliyə ünvanladığı etirazlara qeyri-adi formada cavab verib.

İdman.Biz xəbər verir ki, “Atletiko” sosial şəbəkələrdə portuqaliyalı mütəxəssisə cavab veriblər. Klub printerdən Mourinyonun həmin mətbuat konfransı zamanı çəkilmiş fotosunun əks olunduğu vərəqin çıxdığı anı əks etdirən video yayımlayıb.

Fotoşəklin altında isə “Hakimləri təqib etməyi dərhal dayandırın” sözləri yazılıb.

“Real” prinsipial rəqibinə 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Mourinyo mətbuat konfransına “Atletiko” futbolçularının qırmızı vərəqə almalı olduğunu düşündüyü iki epizodun çap olunmuş fotoları ilə gəlib.

Derbidəki məğlubiyyət “Real”ın La Liqadakı mövqeyinə də təsir edib. Madrid klubu turnir cədvəlində ikinci pillədən dördüncü yerə düşüb və hazırda lider “Barselona”dan altı xal geri qalır.

İdman.Biz