Bundesliqa: "Borussiya", "Bayer", "Elversberq" və "Frayburq" qalib gəldi - VİDEO

5 Sentyabr 2026 20:20
98
Bundesliqa: "Borussiya", "Bayer", "Elversberq" və  "Frayburq" qalib gəldi

Almaniya Bundesliqasının ikinci turun matçında "Bayer" doğma meydanda "Yunion"u 4:0 hesabı ilə darmadağın edib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində İnasio Fernandes, Fakundo Medina, Patrik Şik və İbrahim Maza fərqləniblər.

"Bayer" mövsümdə ilk xallarını qazanıb və Bundesliqa cədvəlində 5-ci yeri tutur. "Yunion" isə 1 xalla 16-cı pillədə qərarlaşıb.

Paralel matçda "Verder" evdə "Leypsiq"ə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Marko Qryul, Niklas Fyullkruq və Eren Dinkci fərqləniblər. Qonaqlarda isə Bote Baku qol vurub.

Günün digər matçında Dortmund "Borussiya"sı səfərdə "Hoffenhaym"ı 3:2 hesabı ilə məğlub edib. Meydan sahiblərindən Leon Avdullahi və Tim Lemperle, qonaqlardan isə Seru Girassi və Fabiu Silva fərqləniblər, daha bir topu isə "Hoffenhaym"ın müdafiəçisi Albian Haydari öz qapısına daxil edib.

"Borussiya" ardıcıl ikinci qələbəsini qazanıb və 6 xalla Bundesliqa-2026/27 cədvəlində ikinci yeri tutur. "Hoffenhaym" ardıcıl ikinci məğlubiyyətini alıb.

Paralel oyunda "Elversberq" səfərdə Menxenqladbax "Borussiya"sını 4:3 hesabı ilə məğlub edib. Meydan sahiblərindən Uqo Bolin dubl edib, daha bir qol Co Skallinin hesabındadır. Qonaqlarda Moris Krattenmaxer dublə imza atıb, David Mokva və Feliks Kaydel hərəyə bir dəfə fərqləniblər. "Elversberq" əlavə göstəricilərə görə "Frayburq" və Dortmund "Borussiya"sından geri qalaraq 6 xalla Bundesliqanın turnir cədvəlində üçüncü yeri tutur. Menxenqladbax "Borussiya"sı sonuncu, 18-ci pillədə gedir.

Günün başqa bir matçında "Frayburq" səfərdə "Paderborn"a 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu qonaqların yarımmüdafiəçisi Maksimilian Eqqeştayn vurub.

İdman.Biz