“Tottenhem”in müdafiəçisi “Sanderlend”ə keçib

2 Sentyabr 2026 00:16
97
“Tottenhem”in müdafiəçisi “Sanderlend”ə keçib

İngiltərənin “Tottenhem” futbol klubunun müdafiəçisi Kevin Danso “Sanderlend”ə keçib.

İdman.Biz xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Avstriyalı futbolçu 2026/27 mövsümünün sonuna qədər icarə əsasında “Sanderlend”də çıxış edəcək. Razılaşmada müəyyən idman meyarlarının yerinə yetirilməsi şərti ilə gələn yay oyunçunun satın alınması bəndi də yer alıb.

Danso 2025-ci ilin fevralında Fransanın “Lans” klubundan icarə əsasında “Tottenhem”ə keçib. Növbəti mövsümün əvvəlində isə London təmsilçisi onun transferini rəsmiləşdirib. Müdafiəçi “Tottenhem”in heyətində 52 oyuna çıxıb və 1 qol vurub.

36 dəfə Avstriya millisinin formasını geyinən Danso AÇ-2024-də yığmanın heyətində yer alıb. O, 2026-cı il dünya çempionatında isə 4 matçda iştirak edib.

İdman.Biz