“Qarabağ”dan gedən futbolçu yeni klubunda ilk qolunu vurdu - VİDEO

1 Sentyabr 2026 20:13
89
“Qarabağ”dan gedən futbolçu yeni klubunda ilk qolunu vurdu

“Qarabağ”ın sabiq futbolçusu Dani Bolt yeni komandasında ilk qol sevincini yaşayıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu Malayziya Futbol Assosiasiyası Kubokunun 1/16 final mərhələsində “Johor Darul Ta'zim”in heyətində “Damansara Yunayted”ə qarşı keçirilən görüşdə fərqlənib.

26 yaşlı cinah müdafiəçisi matça start heyətində başlayıb. O, qarşılaşmanın 29-cu dəqiqəsində rəqib qapısına yol taparaq komandasının ikinci qolunu vurub.

Görüş “Johor Darul Ta'zim”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dani Bolt bu yay “Qarabağ”dan “Johor Darul Ta'zim”ə keçib. O, burada “Qarabağ”ın digər sabiq futbolçusu Kevin Medina ilə komanda yoldaşıdır.

İdman.Biz