İngiltərənin “Mançester Siti” futbol klubu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi transfer edib.
İdman.Biz Fabrizio Romanoya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun keçidi İngiltərə klubuna 146 milyon avroya (təxminən 292 milyon manat) başa gəlib. Transferin tamamlanması üçün argentinalı futbolçunun tibbi müayinədən keçməsi gözlənilir.
Bildirilir ki, Enzo Fernandes karyerasını məhz “Mançester Siti”də davam etdirmək istəyib. Onun bu keçiddə əsas məqsədlərindən biri “şəhərlilər”in baş məşqçisi Enzo Mareska ilə yenidən bir araya gəlməkdir.
Fernandes 2023-cü ilin yanvarından “Çelsi”nin formasını geyinirdi. O, London təmsilçisinin heyətində bütün turnirlərdə 170 oyuna çıxıb, 31 qol vurub və 30 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Enzo Fernandes 2023-cü ildə “Benfika”dan “Çelsi”yə keçərkən də klubun rekord transferlərindən birinə çevrilmişdi.
