Antonio Rüdiger Almaniya millisindəki karyerasını bitirdi

1 Sentyabr 2026 19:30
74
Antonio Rüdiger Almaniya millisindəki karyerasını bitirdi

“Real Madrid”in futbolçusu Antonio Rüdiger Almaniya millisindəki karyerasını başa vurub.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi uzun müddət düşündükdən sonra milli komandadan ayrılmaq və yerini gənc futbolçulara vermək qərarına gəldiyini bildirib.

“Real Madrid”in futbolçusu vida mesajında komanda yoldaşlarına, məşqçilər heyətinə və azarkeşlərə təşəkkür edib. O, xüsusilə Yoahim Löv, Hansi Flik, Yulian Nagelsmann və U-21 millisindəki keçmiş məşqçisi Horst Hrubeşin adlarını qeyd edib.

Qeyd edək ki, Rüdiger 2014-cü ildə Almaniya millisində debüt edib və 12 il ərzində komandanın formasını 86 oyunda geyinib.

İdman.Biz