İspaniya çempionatında növbəti “El Klasiko”nun keçiriləcəyi tarix açıqlanıb.
İdman.Biz xəbər verir ki, “Barselona” və “Real Madrid” arasında oyun oktyabrın 25-i, Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Bazar günü üz-üzə gələcək əzəli rəqiblər “Kamp Nou”da meydana çıxacaqlar.
Qeyd edək ki, La Liqada keçirilən son üç turda hər iki komanda 100 faizlik nəticə göstərərək turnir cədvəlinə liderlik edir.
