İngiltərənin "Mançester Siti" futbol klubu yay transfer pəncərəsinin son günlərində bahalı transferə imza atmağa yaxındır.
İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "şəhərlilər" "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesin keçidi üçün London klubuna rəsmi təklif ünvanlayıb.
Mançester təmsilçisi yay ərzində ilk dəfə olaraq argentinalı ulduz üçün "Çelsi" ilə rəsmi klublararası danışıqlara start verib. Londonlular 25 yaşlı futbolçu üçün təxminən 140 milyon avro (280 milyon manat) tələb edir.
2022-ci ilin dünya çempionu olan Fernandesin özü artıq "Mançester Siti" ilə şəxsi müqavilə şərtlərini tam razılaşdırıb və iki klubun kompromisə gəlməsini gözləyir.
Qeyd edək ki, Entso Fernandes 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir.
