İngiltərə Premyer Liqasının ikinci turunda “Arsenal” səfərdə “Aston Villa”ya qalib gəlib.
İdman.Biz bildirir ki, Birmingemdəki “Villa Park” stadionunda keçirilən görüş London komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə qol olmayıb. Yeganə qol 59-cu dəqiqədə vurulub – Bukayo Saka meydan sahiblərinin qapısına yol taparaq “topçular”a üç xal qazandırıb.
Beləliklə, “Arsenal” yeni mövsümün startında ardıcıl ikinci qələbəsini qazanıb. İngiltərənin son çempionu ilk turda “Koventri Siti”ni 3:0 hesabı ilə məğlub edib.
“Aston Villa” isə əksinə, ikinci məğlubiyyətini alıb. Birmingem təmsilçisi ilk turda “Brayton”a 0:4 hesabı ilə uduzub.
Bu qələbədən sonra “Arsenal” 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Aston Villa” isə 0 xalla 19-cudur.
Növbəti turda “Aston Villa” sentyabrın 5-də səfərdə “Hall Siti” ilə qarşılaşacaq. “Arsenal” isə bir gün sonra “Çelsi”ni qəbul edəcək.
