Kataloniya təmsilçisi İspaniya çempionatının üçüncü turunda böyükhesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar 12-ci dəqiqədə Serxio Kamellonun qolu ilə hesabı açıblar. Lakin 19-cu dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Bundan iki dəqiqə sonra Lamin Yamal “Barselona”nı önə keçirib.
İkinci hissənin əvvəlində “Rayo Valyekano”nun müdafiəçisi Florian Lejen topu öz qapısına göndərib. Kamello 59-cu dəqiqədə dubl edərək Madrid təmsilçisinin fərqi azaltmasına imkan yaradıb. Lakin 71-ci dəqiqədə Rafinya ikinci qolunu vurub. 90-cı dəqiqədə isə Yamal da dublunu rəsmiləşdirərək yekun hesabı müəyyənləşdirib.
Üç turdan sonra “Barselona” 9 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir. Madrid “Real”ının da 9 xalı var, lakin top fərqinə görə kataloniyalılardan geri qalır. “Rayo Valyekano” isə 1 xalla 18-ci pillədədir.
Növbəti turda “Barselona” sentyabrın 6-da səfərdə “Valensiya” ilə qarşılaşacaq. “Rayo Valyekano” isə bir gün əvvəl “Rasinq”i qəbul edəcək.
01:17
İspaniya La Liqasının üçüncü turunda “Osasuna” doğma meydanda “Xetafe”yə 1:0 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, matçda yeganə qolu birinci hissəyə əlavə olunmuş ikinci dəqiqədə Ante Budimir penaltidən vurub.
Bu qələbədən sonra “Osasuna” 7 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Xetafe” isə 3 xalla 14-cüdür.
