“Barselona”, “Yuventus” və “Liverpul”un sabiq futbolçusu “Santos”a keçdi

1 Sentyabr 2026 01:31
86
“Barselona”, “Yuventus” və “Liverpul”un sabiq futbolçusu “Santos”a keçdi

Braziliyanın “Santos” klubu 30 yaşlı futbolçu Artur Melonu azad agent kimi heyətinə qatıb.

İdman.Biz bildirir ki, Arturun Braziliya klubu ilə müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

Braziliyalı futbolçu “Qremio”nun yetirməsidir. O, 2010-cu ildən klubun sistemində olub və 2018-ci ildə Avropaya yollanana qədər əsas komandada çıxış edib.

Yarımmüdafiəçi daha sonra “Barselona”, “Yuventus”, “Liverpul” və “Fiorentina”nın formasını geyinib. Artur ötən mövsümü icarə əsasında “Qremio”da keçirib.

Braziliyalı “Yuventus”un heyətində ümumilikdə 63 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” futbolçunun bazar dəyərini 4 milyon avro (8 milyon manat) qiymətləndirir.

İdman.Biz