Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin Lionel Messi ilə üz-üzə gəlməsini karyerasının yaddaqalan anlarından biri hesab edir.
İdman.Biz xəbər verir ki, Avro-2008-in bürünc mükafatçısı Andrey Arşavin bu barədə TASS-a açıqlama verib.
“Messi mənim yaddaşımda meydanda hər şeyi bacaran, vəziyyətləri əvvəlcədən görən, rəqibləri keçən və iki-üç futbolçunu aldatmaqda problem yaşamayan oyunçu kimi qalıb. Sadəcə, möhtəşəm futbolçudur. Futbol meydanında onun üçün heç bir sirr olmayıb və yoxdur. Ona qarşı oynadığım üçün xoşbəxtəm”, - deyə Arşavin bildirib.
Arşavin 2010/11 mövsümündə Çempionlar Liqasının 1/8 finalında “Arsenal”ın heyətində “Barselona”ya qarşı hər iki oyunda (2:1, 1:3) meydana çıxıb. O, ilk görüşdə qol vurub.
Qeyd edək ki, 39 yaşlı Messinin Argentina millisində çıxışını başa vurduğunu açıqlayıb. Messi milli komandada 207 oyun keçirib və 125 qol vurub. O, hər iki göstərici üzrə Argentina millisinin rekordçusudur. Hücumçu altı dünya çempionatında iştirak edib.
