Fransanın PSJ futbol klubu avqustun 31-də yarımmüdafiəçi Bredli Barkolanı 125 milyon avroya (təxminən 250 milyon manat) “Liverpul”a sataraq klub tarixində ən bahalı satışını həyata keçirib.
İdman.Biz xəbər verir ki, bundan əvvəl PSJ-nin ən bahalı futbolçu satışı Neymarla bağlı olub. Belə ki, braziliyalı futbolçu 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna 90 milyon avroya satılıb.
Qeyd edək ki, Barkola “Liverpul”un tarixində ən bahalı transferi olmayıb. İngiltərə klubu ötən il İsveç millisinin hücumçusu Aleksandr İsakı “Nyukasl”dan 145 milyon avroya transfer edib. Bundan başqa, “qırmızılar” ötən il “Bayer”dən Florian Virtsi də 125 milyon avroya alıblar.
