Mahir Emrelinin klubu baş məşqçisini qovdu

31 Avqust 2026 20:43
152
Mahir Emrelinin klubu baş məşqçisini qovdu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunda baş məşqçi dəyişikliyi baş verib.

İdman.Biz xəbər verir ki, Polşa təmsilçisi 37 yaşlı mütəxəssislə yolların ayrıldığını açıqlayıb. David Kroçek vəzifəsindən istefa verdiyi bildirilir.

Qeyd edək ki, “Rakuv” Ekstraklasada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub. Kroçek may ayında komandanın baş məşqçisi təyin edilmişdi.

İdman.Biz