Debütantdan əzimkar qələbə

Xəbərlər
23 Yanvar 2024 23:34
226
Debütantdan əzimkar qələbə

Türkiyə Superliqasının 22-ci turuna 3 oyunla start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycanı təmsil edən futbolçular turu 1 xalla başa vurublar.

Renat Dadaşovun formasının geyindiyi "Hatayspor" "Alanyaspor"la, Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu "Adana Dəmirspor" isə "Beşiktaş"la heç-heçə oynayıb.

Debütant "Pendikspor" öz meydanında əzimkar qələbə qazanıb. "Kasımpaşa" iki dəfə hesabda önə keçsə də, Pendik klubu 3:2 hesabı ilə qalib gəlib. Ötən turda "Beşiktaş"ın qapısından 4 cavabsız top keçirən komanda hələ də turnir cədvəlində autsayderlər qrupunda yer alıb.

Türkiyə Superliqası
22-ci tur

Hatayspor – Alanyaspor – 1:1
Pendikspor – Kasımpaşa – 3:2
Beşiktaş – Adana Dəmirspor – 0:0

İdman.biz