"Çelsi" dünya çempionunu transfer edib

30 Avqust 2026 13:30
128
"Çelsi" dünya çempionunu transfer edib

"Çelsi" argentinalı qapıçı Emiliano Martinesin "Aston Villa"dan transferini rəsmən açıqlayıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı dünya çempionu London klubu ilə üçillik müqavilə imzalayıb.

KİV-in məlumatına görə, "Çelsi" bu transfer üçün 7,5 milyon funt sterlinq (təxminən 8,7 milyon avro) ödəyib.

Martines 2020-ci ilin sentyabrından "Aston Villa"da çıxış edib. O, Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 256 oyun keçirib və bunların 80-də qapısını toxunulmaz saxlayıb.

Argentinalı qapıçı 2025/26 mövsümündə "Aston Villa" ilə Avropa Liqasının qalibi olub.

Martines həmçinin Argentina millisinin heyətində 2022-ci il dünya çempionatının qalibidir.

İdman.Biz