“Arsenal” “Lill”in hücumçusu üçün 40 milyon funt təklif edib

30 Avqust 2026 04:38
96
“Arsenal” “Lill”in hücumçusu üçün 40 milyon funt təklif edib

İngiltərənin “Arsenal” futbol klubu Fransanın “Lill” komandasında çıxış edən Matias Fernandes-Pardonu heyətinə qatmaq istəyir.

İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq (təxminən 91,6 milyon manat) ödəməyə hazır olsa da, “Lill” bu təklifi qəbul etməyib.

İnsayderlər “Arsenal”ın belçikalı hücumçunun transferi üçün daha yüksək məbləğ təklif edə biləcəyini istisna etmirlər.

Belçika millisinin üzvünün hazırkı transfer qiyməti 60 milyon funt-sterlinq (təxminən 137,4 milyon manat) məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Matias Fernandes-Pardo ötən mövsüm meydana çıxdığı 41 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

İdman.Biz