ABŞ-ın MLS çempionatında “Sietl Saunders” – “Çikaqo Fayr” matçı keçirilib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Meydan sahibləri 12-ci dəqiqədə Deyan Yoveliçin qolu ilə hesabı açıblar. “Çikaqo Fayr” ilk hissənin sonlarında Robert Levandovskinin ötürməsindən sonra Maren Hayle-Selassinin qolu ilə tarazlığı bərpa edib.
Yoveliç ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirərək “Sietl Saunders”i yenidən önə keçirib. Lakin Levandovski 82-ci dəqiqədə fərqlənərək komandasına 2:2 hesablı heç-heçəni təmin edib.
“Çikaqo Fayr” hazırda MLS-in Şərq Konfransında 37 xalla 3-cü, “Sietl Saunders” isə Qərb Konfransında 26 xalla 13-cü pillədə qərarlaşıb.
