“Barselona” Baldeni Dimarko ilə dəyişmək istəyir

30 Avqust 2026 03:46
102
“Barselona” Baldeni Dimarko ilə dəyişmək istəyir

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsi bağlanmamış “İnter”in müdafiəçisi Federiko Dimarkonu heyətinə qata bilər.

İdman.Biz “Diario Sport”a istinadən xəbər verir ki, kataloniya təmsilçisi Dimarkonun transferi ilə bağlı “İnter”lə danışıqlar aparır. Tərəflər Aleks Baldenin italiyalı futbolçu ilə dəyişdirilməsi və bunun üçün “Barselona”nın əlavə ödəniş etməsi variantını müzakirə edirlər.

Kataloniya klubunun idman direktoru Deko son günlər sövdələşmənin reallaşması üçün danışıqları davam etdirir.

Balde isə “Barselona”da qalmaq istəyir. Bununla belə, Kataloniya təmsilçisinin futbolçunu maaş tələblərini qarşılaya biləcək böyük kluba keçməyə razı sala biləcəyinə inandığı bildirilir.

Hazırda “İnter” Dimarkonun dəyişdirilməsinə razılıq verməyib.

İdman.Biz