“Milan” “Nottingem Forest”in vingerini icarəyə götürür

30 Avqust 2026 05:26
97
“Milan” “Nottingem Forest”in vingerini icarəyə götürür

İtaliyanın “Milan” futbol klubu “Nottingem Forest”in vingeri Omari Hatçinsonun transferi ilə bağlı razılığa gəlib.

İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında danışıqlar sürətlə yekunlaşıb və tərəflər şifahi razılığa gəliblər. Hazırda 22 yaşlı futbolçunun tibbi müayinədən keçirilməsi üçün hazırlıqlar görülür.

Razılaşmaya əsasən, Hatçinson “Milan”da ödənişli icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun satın alınması ilə bağlı şərt də yer alacaq. Müəyyən hallarda bu bəndin məcburi xarakter daşıya biləcəyi bildirilir.

Qeyd edək ki, “Nottingem Forest” Hatçinsonu ötən yay “İpsviç Taun”dan 43,4 milyon avroya transfer edib. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.

Hatçinson ötən mövsüm “Nottingem Forest”in heyətində 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz