İngiltərənin “Çelsi” futbol klubu Enzo Fernandesin komandadan ayrılacağı təqdirdə onun yerini Lamin Kamara ilə doldurmağı planlaşdırır.
İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London klubu 22 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb və futbolçunun İngiltərədə oynamağa müsbət yanaşdığı bəlli olub.
“Çelsi” və “Monako” nümayəndələri arasında mümkün transferlə bağlı görüş də keçirilib. Kamara ilə “Çelsi”dən başqa digər klubların da maraqlandığı bildirilir.
Seneqal millisinin üzvü ötən mövsüm “Monako”nun heyətində 31 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026-cı il dünya çempionatında isə 4 matçda iştirak edib və 1 assist edib.
Qeyd edək ki, Enzo Fernandesin “Çelsi”dən ayrılaraq “Mançester Siti”yə keçməsi gündəmdədir.
