“Real” futbolçusu Eder Militao ilə müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, braziliyalı müdafiəçinin yeni anlaşması 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Futbolçunun sərbəstqalma məbləği 1 milyard avro kimi göstərilib. Militao 2019-cu ildən “Real”da forma geyinir.
Qeyd edək ki, hazırda zədədən sonra bərpa prosesi keçən Eder apreldə meydana dönə biləcək.
İdman.biz
