Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatma mərasimləri keçiriləcək.
İdman.Biz xəbər verir ki, mərasim Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Hər iki turnirdə 36 klub mübarizə aparacaq.
Avropa Liqasında komandalar dörd səbətə bölünüb. Hər klub dörd səbətdən iki olmaqla, ümumilikdə səkkiz fərqli rəqiblə qarşılaşacaq. Komandalar dörd oyunu evdə, dördünü isə səfərdə keçirəcək.
Birinci səbət: “Bayer”, “Benfika”, “Yuventus”, “Milan”, “Lion”, AZ, “Olimpiakos”, “Real Sosyedad” və “Marsel”.
İkinci səbət: “Ferentsvaroş”, “Viktoriya” Plzen, “Union”, “Dinamo” Zaqreb, “Zaltsburq”, “Seltik”, “Sparta” Praqa, “Renn” və “Anderlext”.
Üçüncü səbət: “Şturm”, “Lex”, “Kristal Pelas”, “Bornmut”, “Sanderlend”, “Celje”, “Yagelloniya”, “Omoniya” və “Selta”.
Dördüncü səbət: “Hoffenhaym”, “Beşiktaş”, “Torreense”, “Hapoel” (Beer-Şeva), NEC, OFİ, “Lillestrem”, “Levski” və “Ararat-Ermənistan”.
Konfrans Liqasında isə sistem fərqlidir. 36 iştirakçı altı səbətə bölünüb və hər komanda hər səbətdən bir olmaqla, altı fərqli rəqiblə qarşılaşacaq.
Birinci səbət: “Atalanta”, “Braqa”, “Ayaks”, “Frayburq”, “Monako” və “Kopenhagen”.
İkinci səbət: “Midtyullann”, “Srvena Zvezda”, “Gent”, “Panatinaikos”, “Pafos” və “Brayton”.
Üçüncü səbət: “Luqano”, “Xetafe”, KUPS, “Tvente”, “Linkoln Red İmps” və “Borats”.
Dördüncü səbət: “Sent-Trüydense”, “Brann”, “Harts”, “Kayrat”, “Trabzonspor” və “Universitatya” (Krayova).
Beşinci səbət: “Riqa”, “Hayduk”, “Yablonets”, “Norsyelland”, “Orhus” və “İnter” (Eskaldas).
Altıncı səbət: “Tun”, ÇSKA Sofiya, “Kauno Jalgiris”, “Myelbyu”, “İberiya” (Tbilisi) və “Eqnatiya”.
Avropa Liqasının liqa mərhələsi sentyabrın 16-da, Konfrans Liqasının liqa mərhələsi isə oktyabrın 15-də başlayacaq. Hər iki turnirin tam oyun təqvimi avqustun 30-dan gec olmayaraq açıqlanacaq.
