“Aston Villa” Almaniya millisinin futbolçusunu heyətinə qatıb

28 Avqust 2026 00:25
78
“Aston Villa” Almaniya millisinin futbolçusunu heyətinə qatıb

İngiltərənin “Aston Villa” futbol klubu Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı futbolçu Birmingem təmsilçisinə azad agent kimi keçib. Qoretska daha əvvəl müqaviləsinin başa çatması ilə “Bayern”dən ayrılıb.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qoretska 2026-cı il dünya çempionatında Almaniya millisinin heyətində 3 oyunda iştirak edib.

İdman.Biz