Premyer Liqa: “Liverpul”dan heç-heçə, “Mançester Siti”dən qələbə – YENİLƏNİB + VİDEO

23 Avqust 2026 21:43
841
Premyer Liqa: “Liverpul”dan heç-heçə, “Mançester Siti”dən qələbə – YENİLƏNİB + VİDEO

İngiltərənin “Liverpul” futbol komandası Premyer Liqanın 2026/27 mövsümünün ilk turunda səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüşdə hesab beşinci dəqiqədə açılıb. Entoni Elanqa “Nyukasl”ı önə keçirib.

“Liverpul” 55-ci dəqiqədə Kodi Qakponun qolu ilə bərabərliyi təmin edib. Lakin cəmi iki dəqiqə sonra Co Uillok meydan sahiblərini yenidən hesabda irəli çıxarıb.

Qonaqlar məğlubiyyətdən oyuna əlavə olunmuş vaxtda xilas olublar. Dominik Soboslai 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 2:2.

“Nyukasl” növbəti turda avqustun 29-da səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Liverpul” isə həmin gün “Nottingem Forest”i qəbul edəcək.

19:16

İngiltərənin “Mançester Siti” futbol komandası Premyer Liqanın 2026/27 mövsümündə ilk oyununu qələbə ilə başa vurub.

İdman.Biz xəbər verir ki, “Etihad” stadionunda keçirilən görüşdə “Bornmut” hesabı açan tərəf olub. Qonaqların yarımmüdafiəçisi Markus Tavernye 26-cı dəqiqədə fərqlənib. “Mançester Siti”nin rəsmi məlumatına görə, bu qarşılaşma Enzo Mareskanın klubun baş məşqçisi kimi Premyer Liqadakı ilk oyunu olub.

Meydan sahibləri ikinci hissənin sonlarında geridönüş etməyi bacarıblar. 84-cü dəqiqədə Mark Gehi hesabı bərabərləşdirib, 90+1-ci dəqiqədə isə Yoşko Qvardiol qələbə qolunu vurub. Rayan Şerki hər iki qolun məhsuldar ötürməsini edib.

Beləliklə, “Mançester Siti” ilk turda “Bornmut” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Paralel keçirilən digər görüşdə “Brayton” “Aston Villa”nı 4:0 hesabı ilə darmadağın edib. Viktor Lindelöfün avtoqolundan sonra Maksim De Keyper fərqi artırıb, Cek Hinşelvud isə iki dəfə fərqlənib.

İdman.Biz