İngiltərənin “Aston Villa” futbol klubu Leon Qoretska ilə heyətini gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Birmingem təmsilçisinə azad agent kimi qoşulub.
Qoretskanın əvvəlki klubu Almaniyanın “Bavariya” futbol klubu olub.
