Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı iddiaları təkzib etdi

20 Avqust 2026 11:34
101
Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı iddiaları təkzib etdi

Braziliya futbolunun əfsanəvi siması Roberto Karlos son günlər sosial şəbəkələrdə yayılan İslamı qəbul etməsi ilə bağlı iddialara aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, “Real Madrid” və Braziliya millisinin sabiq müdafiəçisi Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında həyat yoldaşının müsəlman olduğunu və onun dini ibadətlərinə hörmətlə yanaşdığını deyib.

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”, - deyə 53 yaşlı keçmiş futbolçu bildirib.

Qeyd edək ki, Roberto Karlosun İslamı qəbul etməsi barədə iddialar sosial şəbəkələrdə yayıldıqdan sonra müxtəlif KİV-lərdə də gündəmə gəlib.

İdman.Biz