“Hapoel”in baş məşqçisi Ran Kojuk: “Bu, mübarizənin yalnız yarısıdır”

20 Avqust 2026 05:35
104
“Hapoel”in baş məşqçisi Ran Kojuk: “Bu, mübarizənin yalnız yarısıdır”

İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, Beer-Şeva klubunun baş məşqçisi Ran Kojuk qarşılaşmadan sonra İsrailin “Sports Channel” (“Sport 5”) nəşrinə açıqlamasında cavab matçı ilə bağlı ehtiyatlı danışıb.

“Hazırda xoşbəxtəm, amma bu, mübarizənin yalnız yarısıdır. Futbolçuların necə oynadıqlarından razıyam. Onlar çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib keçidlərdə çox yaxşı komandadır. Biz keçid epizodundan əvvəl səhvə yol verdik. “Sabah”ın üstün cəhətləri var və onlar bundan istifadə etməyi bacarırlar”, - deyə baş məşqçi söyləyib.

Mütəxəssis Azərbaycan təmsilçisinin əvvəlki mərhələdə Danimarkanın “Orhus” klubuna qarşı keçirdiyi oyunları da xatırladıb:

“Orhus” evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlmişdi, amma səfərdə 0:4 uduzdu. Rəqibə hörmətlə yanaşırıq. Təvazökar qalmalı və səfərdə yaxşı oyun göstərməliyik”.

Qeyd edək ki, “Sabah”la “Hapoel” arasında cavab görüşü avqustun 25-də Bakıda keçiriləcək.

İdman.Biz