Azarkeşin müdaxiləsi Qattiyə baha başa gəldi - VİDEO

20 Avqust 2026 01:57
104
Azarkeşin müdaxiləsi Qattiyə baha başa gəldi - VİDEO

İtaliyanın “Yuventus” futbol komandasının müdafiəçisi Federiko Qatti A Seriyasının ilk turunda “Frozinone” ilə oyunda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, buna futbolçunun yoxlama matçından sonra meydançaya daxil olan azarkeşin müdaxiləsi zamanı aldığı zərbədən sonra əzələsində yaranan narahatlıq səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə azarkeşin Qattiyə sürüşərək toxunduğu görünür.

Müdafiəçinin vəziyyətinin ciddi olmadığı bildirilir, lakin məşqçilər korpusu risk etməmək qərarına gəlib. Bu səbəbdən Qatti “Frozinone” ilə mövsümün ilk qarşılaşmasını buraxacaq.

Qatti daha əvvəl də sağ bud nahiyəsində yüngül əzələ problemi səbəbindən komandanın bəzi məşqlərini buraxıb.

İdman.Biz
Məqalədə: