Fransanın “Strasbur” klubunun futbolçusu Dieqo Moreyra karyerasını İtaliyanın “Milan” klubunda davam etdirməyə yaxındır.
İdman.Biz xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, tərəflər transferlə bağlı razılığa gəliblər. “Milan” 22 yaşlı futbolçu üçün 50 milyon avro (97 milyon AZN) ödəyəcək, bonuslarla birlikdə məbləğ 66 milyon avroya (128 milyon AZN) çata bilər. Müqaviləyə gələcək satışdan faiz bəndinin də daxil edildiyi bildirilir.
“Sky Sport Italia”nın məlumatına görə, Moreyra artıq “Milan” üçün tibbi müayinədən .
Belçika millisinin üzvü “Strasbur”a 2024-cü ildə “Çelsi”dən keçib. O, hücumun hər iki cinahında, eləcə də cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.
