Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Camal Musiala son dörd gündə iki dəfə meydanda huşunu itirib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu avqustun 18-də “Haydenhaym”la (2:4) yoxlama oyununda meydana çıxdıqdan bir neçə dəqiqə sonra özünü pis hiss edib və huşunu itirib.
Bundan əvvəl, avqustun 15-də “Leyptsiq”lə (3:1) keçirilən yoxlama görüşünün 83-cü dəqiqəsində də Musiala huşunu itirmişdi. Hadisə futbolçunun qol vurmasından qısa müddət sonra baş vermişdi.
“Bavariya”nın hücumçusu Harri Keyn komanda yoldaşının vəziyyətinə münasibət bildirib:
“Camal hazırda çətin dövrdən keçir. Bilirəm ki, o, sosial şəbəkələrdə sağlamlıq problemləri barədə yazıb. Bizim tərəfdən əsas məsələ ona dəstək olmaqdır. O, əla futbolçu, inanılmaz istedaddır və komandamızın vacib hissəsidir.
Onun üçün çox üzülürük. Son bir neçə oyunda belə hadisələr baş verəndə də çox pis olduq. O bilir ki, burada, “Bavariya”da hamının, dostlarının və ailəsinin tam dəstəyinə sahibdir. Biz bunun öhdəsindən gəlməsinə kömək etmək üçün yanında olacağıq.
O, hər kəsin qarşılaşmadığı bir vəziyyətdən keçir. Amma bunun öhdəsindən uğurla gələn insanlar da var. O, ən yaxşı formada olmaq üçün əlindən gələni edir. Ötən mövsüm ağır zədədən sonra bərpa olunurdu. Mən onun nə qədər çox çalışdığını və meydanda nə qədər məşq etdiyini bilirəm”.
