“Barselona”nın futbolçusu Qavi İspaniya La Liqasının onuncu turunda “Real Madrid”lə keçiriləcək qarşılaşmadan gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu El-Klasikoda bütün oyun ərzində diqqətli olmağın vacibliyini qeyd edib.
“Oyuna düzgün əhvali-ruhiyyə ilə çıxmalıyıq. Rəqib bizi istənilən an qəfil yaxalaya bilər. Buna görə də bütün qarşılaşma ərzində diqqətimizi itirməməliyik. Ümid edirəm ki, azarkeşlər bizi əvvəlkindən də güclü dəstəkləyəcəklər. Onlara bu sevinci yaşatmaq istəyirik”, - deyə Qavi bildirib.
Qeyd edək ki, “Barselona” - “Real Madrid” qarşılaşması bu gün “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Hazırda 27 xalı olan Kataloniya klubu La Liqanın turnir cədvəlinə başçılıq edir. 21 xal toplayan “Real Madrid” isə üçüncü pillədə qərarlaşıb.
