İsrail Premyer Liqasının səkkizinci turunda Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” öz meydanında “Bney Saxnin”ə 0:1 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın yeganə qolunu 40-cı dəqiqədə Sana Qomes vurub. Qol ötürməsini Metyu Anim Koco edib.
Rüfət Abdullazadə görüşə start heyətində başlayıb. 21 nömrəli formada çıxış edən Azərbaycan millisinin üzvü 56-cı dəqiqədə Şay Sabahla əvəzlənib.
Meydan sahibləri topa daha çox nəzarət etsələr də, məğlubiyyətdən qaça bilməyiblər. “Kiryat Şimona” 60 faiz topa sahib olub, hər iki komanda rəqib qapısına 12 zərbə endirib.
Bu məğlubiyyətdən sonra üç xalda qalan “Kiryat Şimona” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
